• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulovla görüşüb.

Diplomat Azamat Jamankulovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. Diplomat qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında son illərdə bütün istiqamətlərdə, xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Həm Bişkekdə, həm də Bakıda bir sıra mühüm mədəni tədbirlər keçirilib.

Səfirliyin nazirliklə hər zaman sıx əməkdaşlıq etdiyindən məmnunluqla bildirən nazir əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanın Akademik Milli Dram Teatrının iştirakını təmin etdiyi üçün ölkəmizin Mədəniyyət Nazirliyinə və səfirliyə təşəkkürünü bildirib. O, azərbaycanlı aktyorların ifasında təqdim olunan "Manqurt" tamaşası ilə bağlı yüksək fikirlər söyləyib, tamaşanın quruluşu və aktyor oyununu müsbət qiymətləndirib, ölkəmizin bu ilin sentyabrında keçirilmiş Dünya Köçəri Oyunlarında böyük nümayəndə heyəti ilə iştirakını və çoxsaylı medallar qazandığını məmnunluqla vurğulayıb.