• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan-BƏƏ əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Dubay bələdiyyəsinin baş direktoru Davud Əl-Haciri ilə görüşüb.

Baş konsul Cavidan Hüseynov Azərbaycanla BƏƏ arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini və hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və əzmi sayəsində ikitərəfli əlaqələrimizin ildən-ilə daha da genişləndiyini diqqətə çatdırıb.

C.Hüseynov, həmçinin son illərdə Azərbaycanda bütün sahələrdə sürətli inkişafın getdiyini bildirib və D.Əl-Hacirini ölkəmizə səfərə dəvət edib.

Dubay bələdiyyəsinin baş direktoru Davud Əl-Haciri daha əvvəl iki dəfə Azərbaycanda olduğunu qeyd edib, 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi olarkən Bakı şəhərində təşkil olunmuş İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizə səfər etdiyini bildirib. D.Əl-Haciri fürsət yarandığı təqdirdə ölkəmizə yenidən səfər edəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular müzakirə edilib.