• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Gəncədə VIII Beynəlxalq Atatürk konfransı işə başlayıb

Bakı. Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı işə bugün öz işinə başlayıb. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə respublikalarının Müstəqillik günlərinə həsr olunub. Konfransın ilk iş günündə iştirakçılar əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Konfransda Ankarada törədilmiş terror aktında həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov beynəlxalq konfransı açaraq, tədbirin Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandıraraq, konfransın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, oktyabrın 16-dək davam edəcək konfransda 93 elmi məruzə dinləniləcək