• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməlidir

Bakı. Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrlə bağlı açıqlamasında baş verənlərdən çox narahat olduğunu və insanların ölümünə kədərləndiyini bildirib.

AZƏRTAC xəbər verir ki, AŞPA sədri atəşkəsə əməl edilməsinin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların bərpa olunmasının vacibliyini bildirib. O, Azərbaycanın cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarı verməsi ilə bağlı xəbəri məmnunluqla qarşıladığını bildirib.

Pedro Aqramunt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməsinin vacibliyini vurğulayıb.