• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xankəndinin işğalından 28 il ötür

Bu gün Xankəndi şəhəri və ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

 Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanmışdır. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilmişdir.

İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılmışdır.

İşğal nəticəsində 34 nəfər şəhid olmuş, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır.

İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılmışdır.