• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daşkənddə yeni il tədbiri

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (AMM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə mərasim keçirdi.

 AMM-də keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak etdilər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik etdi, həmrəylik günü haqda məlumat verdi. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarına ünvanladığı təbrikini oxuydu, 2019-cu ilin ölkələrimiz üçün uğurlu nəticələrlə yadda qaldığını qeyd etdi.

Diplomat Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü və Özbəkistanın bu qurumun tam hüquqlu üzvü olması, Qoşulmama Hərəkatına Azərbaycanın sədr seçilməsi və başqa uğurlarımızı sadalayaraq, bu ilin qardaş Özbəkistanla əlaqələrin dərinləşdirilməsi istiqamətində yaddaqalan il olduğunu vurğuladı.