• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçdi

Əməkdaşlarının peşəkar inkişafına daima böyük diqqət ayıran və sərmayələr yatıran Kapital Bank daha bir uğura imza atdı. Azərbaycan bankları arasında ilk dəfə olaraq nüfuzlu beynəlxalq ACCA təşkilatının akkreditasiyasından keçdi.

Bank əməkdaşların maliyyə və mühasibatlıq üzrə hazırlıq səviyyəsinin artırılması və sertifikasiyaların əldə olunması üçün dəstək göstərməkdədir. Peşəkar inkişaf tədbirlərinin təsdiqi olaraq əsas ofisi Londonda yerləşən ACCA (Association of Chartered Certified Accountants) təşkilatı tərəfindən “Approved Employer – Platinum” statusu banka təqdim olundu. Bu akkreditasiya əməkdaşların maliyyə və mühasibatlıq üzrə peşəkarlıq səviyyəsinə yüksək dəstək göstərən təşkilatlara xüsusi qiymətləndirmə prosesinin nəticəsi olaraq təqdim edilir və Kapital Bank Azərbaycanda bu adı qazanan ilk bankdır.