• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İordaniyada Yaxın Şərq və Şimali Afrika üzrə Ümumdünya İqtisadiyyat Forumu keçiriləcək

Aprelin 6-7-də İordaniyada Yaxın Şərq və Şimali Afrika üzrə Ümumdünya İqtisadiyyat Forumu keçiriləcək.

Forumun işində 50-dən çox ölkədən 1000-dək hökumət rəhbərləri, iqtisadiyyatçılar və iş adamları iştirak edəcək.

“Əməkdaşlıq platformalarının yaradılması” şüarı altında keçiriləcək forumda müasir texnologiyaların təsiri, iqlim dəyişikliyi və regiondakı digər problemlər müzakirə ediləcək. Tədbir çərçivəsində innovasiyalar, startaplar, ətraf mühit, açıq məlumatlar, energetika, gələcək iş yerləri və sair mövzulara həsr olunan sessiyalar keçiriləcək.

Bununla yanaşı, bu forum hökumətlərə insanların və bəşəriyyətin həyati sahələrinə təsir göstərən sektorlarda süni intellektin və dördüncü sənaye inqilabının alətlərindən istifadə etməyə imkan yaradacaq.

Forum, həmçinin işgüzar mühitin yaxşılaşdırılması və iqtisadiyyatın diversifikasiyasına yönəlmiş iqtisadi tərəfdaşlıgın və təşəbbüslərin təşvigi üçün vacib regional platformadır.