• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Musiqisi ilə bütün dünyaya səs salan doğma diyarımız!

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Qrupu Ankarada möhtəşəm konsert proqramı ilə çıxış etdi.

 “Türk dünyasından ustadlar keçdi” devizi ilə təşkil olunan konsertdə Azərbaycanı “Qarabağ” muğam qrupu təmsil etdi.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth etdi. Xanəndəni Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət etdilər.

Tamaşaçılar “Qarabağ” muğam qrupunun ifasını alqışlarla qarşıladılar.

Konsertə Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Abdullah Qurban dirijorluq etmişdir.