• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün Özbəkistan ərazisində Günəş tutulması baş verəcək

Bu gün dairəvi Günəş tutulması baş verəcək və bu hadisəni Özbəkistanın bütün ərazisindən görmək mümkün olacaq.

Dairəvi tutulma zamanı Ay Günəşin üzərini tam örtmür, çox vaxt tünd qırmızı rəngdə kiçik bir haşiyə qalır.

Bu təbiət hadisəsini Daşkənd vaxtilə səhər saat 8:00-dan 10:06-dək müşahidə etmək mümkün olacaq. Saat 9:00-da Günəş tutulması ən yüksək mərhələyə çatacaq və onun üçdəbiri görünməyəcək. Həmin vaxt Daşkənddən Hindistana, Cənub Şərqi Asiya ölkələrinə və Avstraliyaya uçan təyyarələrdən bu təbiət hadisəsi daha aydın görünəcək.