• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilir

Dekabrın 26-da Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilir.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini dedi. Qeyd etdi ki, Azərbaycan-Türkiyə arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir.

“Gələn ilin fevralında Bakıda hər iki ölkənin iş adamlarından ibarət “Sərmayə imkanları” mövzusunda təqdimat olacaq", - deyə nazir diqqətə çatdırdı.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edildi.