• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Əliyev, Putin və Ruhani görüşəcək

Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.

Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali dedi.

O bildirdi ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.

“Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, - deyə səfir K.Cəlali əlavə etdi.