• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan-Qətər əlaqələri

Dekabrın 25-də Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Baş Naziri və Daxili İşlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Təni ilə görüşdü.

Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələri, onların inkişaf etdirilməsi və gücləndirilməsi yolları müzakirə edildi.

Səfir R.İsmayılov ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində atılmış addımlar, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə qarşı tərəfə məlumat verdi.

Həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olundu.