• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” kitabı işıq üzü görmüşdür.

Kitabın elmi redaktoru akademik Kamal Abdulla, redaktoru Könül Mirzəyevadır.

Kitabda dilçi-mətnşünas Möhsün Nağısoylu Nəsimi irsi ilə bağlı nəşrlərdəki mövcud problemləri araşdırır, onlara müəllif münasibəti bildirir. Müəllif mövzu ilə bağlı fikirlərini əsaslandırmaq üçün bir çox hallarda ilkin qaynaqlara - əlyazma kitablarına üz tutaraq mövcud faktlara söykənir.