• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanda xeyriyyə tədbiri təşkil olundu

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə tədbiri keçirildi.

Tədbirdə Daşkənd şəhəri, Daşkənd vilayətinin Buka və Sırdərya vilayətinin Gülüstan şəhərlərindən gələn 10 uşaq evinin 250-dək şagirdi və müəllimlər iştirak etdi.

Əvvəl uşaqlar Heydər Əliyev Muzeyi və Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, həmçinin foyedə təşkil olunan şəkil və suvenirlərdən ibarət sərgiyə baxdılar. Onlara ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verildi.

Tədbir xeyriyyə konserti ilə davam etdi.