• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcəklər

Dekabrın 27-də İran, Rusiya və Çinin hərbi dəniz donanmaları Hind Okeanında birgə hərbi təlimə başlayacaqlar.

Bu barədə məlumatı İranın Rusiyaya yeni təyin olunan səfiri Kazım Cəlali vermişdir. O bildirdi ki, hər üç dövlətin hərbi təlim keçirməkdə məqsədi terrorçuluğa və dəniz quldurlarına qarşı yönəlmiş bir prosesdir. Hind Okeanında təhlükəsizliyin təmin olunması vacib məsələlərdən biridir. Təlimlər, həmçinin Fars körfəzi sularında da keçiriləcək.