• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ticarət əlaqələrimiz inkşaf edir

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrailin ticarət dövriyyəsi 1 milyard 246,3 milyon ABŞ dolları olmuşdur.

Hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 205,9 milyon dollar təşkil etmişdir. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 101,6 milyon dollar artmışdır. Belə ki, keçən ilin 11 ayında ölkəmizdən İsrailə 1 milyard 104,2 milyon dollarlıq məhsul ixrac edilmişdir.

Bu ilin 11 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 40,4 milyon dollar civarında hesablanmışdır.