• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Su Quysian: İslam dininin terrorizm və ekstremizm ilə əlaqəsi yoxdur

İslam dininin terrorizm və ekstremizmlə əlaqəsi yoxdur.

Bu sözləri Çinin Sincan Uyğur Muxtar Rayonu təbliğat departamentinin direktor müavini Su Quysian Pekində xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında dedi.

Sincan Uyğur Muxtar Rayonunda ötən illərdə törədilən terror aktlarından danışan Çin rəsmisi radikal qrupların milliyyətcə uyğur olan bəzi insanların dini inanclarından sui-istifadə edərək, onları terrorçuluğa və ekstremizmə sürüklədiklərini bildirdi.

Su Quysian Çində dini etiqad azadlığının təmin edildiyini, ölkədə minlərlə məscid, kilsə və məbədin olduğunu, din xadimlərinin fəaliyyət göstərdiyini vurğuladı. O, Sincan Uyğur Muxtar Rayonunda antiterror və de-ekstremizm fəaliyyəti çərçivəsində yaradılan peşə-təlim mərkəzləri ilə bağlı bəzi Qərb mətbuatında yayılan məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırdı. Bildirdi ki, həmin mərkəzlərə cəlb edilənlərə müxtəlif dillər, hüquq tədris olunur, peşə bacarıqları artırılır.