• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İslam ölkələri razılığa gəldilər

Səudiyyə Ərəbistanı ilə Küveyt neytral bölgədə neft istehsalına dair razılığa gəldilər.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Dörd ildən çoxdur ki, həmin neytral bölgədə neft hasilatı həyata keçirilmirdi. Əvvəllər burada gündəlik 500 min barrelədək neft çıxarılırdı.

Bölgədəki “Wafra” yatağında “Kuwait Gulf Oil Co.” şirkəti ilə birgə neft istehsal edən “Chevron Corp” burada tam istehsal gücünə 1 ilə nail olunacağını açıqladı. Neft yatağı 2015-ci ilin mayından bağlanmışdı.