• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Neftin qiyməti bu ay 10 faiz artdı

Neftin qiyməti dekabrda təxminən 10 faiz bahalaşdı.

 “Qara qızıl”ın qiyməti OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) üzrə neft hasilatının daha da azaldılmasına dair qərar, İraq və Səudiyyə Ərəbistanının istehsal məhdudiyyətlərinə daha həssas yanaşması, ABŞ-Çin ticarət razılaşması və Birləşmiş Ştatlarda xam neft ehtiyatlarının azalması fonunda ay ərzində təqribən 10 faiz artmışdır. Hazırda həm “Brent”, həm də “Light” neftinin bir barreli 60 dollardan baha satılır.

Qeyd edək ki, “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 66,43 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,53 dollara alıcı axtarır.