• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Putin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi.

 Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, Azərbaycan xalqının firavanlığı və Azərbaycan dövlətinin inkişafı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi.