• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İki nəfər şübhəli şəxs saxlanıldı

Almaniyanın paytaxtında keçirilən Milad yarmarkasında iki nəfər şübhəli kişi saxlanılmışdır.

Bu insanların şəxsiyyəti müəyyən ediləndən sonra məlum olmuşdur ki, birinin 21, digərinin 24 yaşı olan bu adamlar Suriyadan gəlmişlər.

Berlin polisi həmin şəxslərin saxlanılmasını “onların özlərini bir qədər qəribə aparması, yaxınlıqdakı çadırlara tərəf boylanması, öz aralarında söhbət edə-edə ətrafda baş verənləri telefon kamerasına çəkmələri” ilə izah etmişlər. Əslində həmin iki şəxs xarici görkəminə görə müsəlman olmaları ilə diqqəti cəlb etmişdir.

“Şübhəli” şəxslərin “qəribə” davranışında cinayət tərkibi olmadığına görə onları buraxmağa məcbur olmuşlar. Lakin, necə deyərlər, göz gördüyündən qorxar: suriyalılar saxlanılandan dərhal sonra yarmarkaya gələnlərin hamısı təxliyə edilmiş, polis ərazidə şübhəli əşyalar tapmaq ümidi ilə 350 nəfər şəxsi heyəti və xidməti itləri cəlb etməklə ərazidə axtarış aparmış, lakin heç nə tapmamışdır.