• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistan Ali Məclisinə seçkilər keçirildi

Özbəkistan Ali Məclisinə seçkilər keçirildi.

Seçki siyahılarında 20,5 milyon seçicinin adı olmuşdur.

Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalamov bununla bağlı keçirdiyi mətbuat konfransında bildirdi ki, seçkilərdə 13,9 milyon seçici səs vermişdir, bu da seçicilərin 67,8 faizi deməkdir. O vurğuladı ki, seçkilərdə 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparmışdır.

Seçkilərdə iştirak edən siyasi partiyaların hamısı deputat yeri qazanmışdır. Belə ki, Özbəkistan Liberal Demokrat Partiyası 43, “Milli Dirçəliş” Demokratik Partiyası 35, “Ədalət” Sosial-Demokrat Partiyası 21, Xalq Demokratik Partiyası 18 və Özbəkistan Ekoloji Partiyası 11 deputat mandatı əldə etmişdir. 22 seçki dairəsində kifayət qədər səs toplaya bilməyən namizədlər üçün təkrar səsvermə keçiriləcək.

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə və ölkəmizdən gələn bir qrup politoloq seçkiləri Daşkənd şəhərində izlədilər.