• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İlkin nəticələr açıqlandı

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirildi. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırdı. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum oldu.

Bildirildi ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırmışdır. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçmiş, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılmışdır. Sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırırlar.

MSK sədri qeyd etdi ki, ümumilikdə seçkilər sakit şəraitdə keçirilmiş, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılmış, onlar da bundan lazımi qaydada istifadə etmişlər.