• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İordaniya qəzetləri ulu öndər Heydər Əliyev haqqında yazır

Tanınmış iordaniyalı jurnalist Mərvan Sudah Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalə yazmışdır. İordaniyanın “əl-Dustur” və “əl-Hərir” qəzetlərində dərc olunan məqalədə Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, onun zəngin və çoxşaxəli fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edilir.

Müəllif İordaniya Kralı II Abdullahın bu yaxınlarda Azərbaycana etdiyi səfərə və burada keçirdiyi görüşlərə də toxunur. O, eyni zamanda, ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətini də qeyd edir.