• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanda UNESKO klublarının təqdimatı oldu

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında UNESKO üzrə Milli Komissiyanın dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Akademiyada Azərbaycanda ilk UNESKO klublarının təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində Akademiyanın rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Azərbaycan UNESKO klublarının koordinatoru Cahangir Hacıyev, eyni zamanda, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri iştirak etdilər.