• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nazir müavini: İranla Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır

İran ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır.

Bu sözləri İranın İqtisadi İşlər və Maliyyə nazirinin müavini Əli Mahmud Müsəvi demişdir.

Parsabad əyalətində səfərdə olan nazir müavini iş adamları ilə görüşündə bildirdi ki, iki qonşu və dost dövlətin qərarı ilə bu əyalətdə sənaye şəhərciyi salınacaq. Azərbaycanlı iş adamları ilə yanaşı, yerli sahibkarlar da buraya sərmayə yatıra bilərlər. Onun sözlərinə görə, sənaye şəhərciyinin yeri təsadüfən seçilməmişdir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə daxil olan dəmir yolu xətti bu ərazidən keçəcək ki, bu da istehsal olunacaq ixrac və idxal mallarının daşınmasını asanlaşdıracaq.