• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mərkəzi Seçki Komissiyasının iclası keçirildi

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.

Əvvəlcə Komissiyanın 2019-cu il 20 dekabr tarixli iclasının protokolu təsdiq edildi.

Sonra Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxıldı. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verdi.