• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi təntənəli şəkildə qeyd olundu

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illiyi təntənəli şəkildə qeyd olundu.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, AYB-nin üzvləri iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibətilə təbrik məktubunu oxudu.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.