• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nyu-Yorkda Azərbaycanla bağlı tədbir keçirildi

Nyu-Yorkda, BMT-nin iqamətgahında iki əlamətdar hadisəyə - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə və qarşıdan gələn üç ildə, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilmişdir.

Tədbirdə BMT Baş katibinin müavinləri, Birləşmiş Millətlər Təşkilatı Katibliyinin və BMT sisteminin yüksəkvəzifəli əməkdaşları, qurumun üzvü olan dövlətlərin səfirləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan diplomatlarının dostları və həmkarları iştirak etdilər.