• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daha iki terrorçu təslim oldu

İraqın şimalındakı terror düşərgələrindən qaçan iki terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olmuşdur.

Təslim olan terrorçular PKK üzvləridir. Bununla da bu həftə Türkiyədə təslim olan PKK terrorçularının sayı 10-a çatmışdır.

Ekspertlər hesab edirlər ki, PKK sıralarından qaçma hallarının sürətlə artmasının səbəbi Türkiyə tərəfinin həyata keçirdiyi antiterror əməliyyatlarının uğurlu nəticəsi ilə bağlıdır.