• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistan Yaponiya münasibətləri

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaponiyada rəsmi səfərdədir.

Səfərin birinci günündə Şavkat Mirziyoyev Yaponiya parlamentinin aşağı palatasının sədri Tadamori Osimo, Baş Nazirinin müavini, Maliyyə naziri Taro Aso, həmçinin JETRO, JICA, JABIC, NEDO, JOGMEC, “Mitsubishi”, “Itochu”, “Sumitomo”, “Marubeni” və “Isuzu” kimi şirkətlərin rəhbərləri ilə görüşdü.

Şavkat Mirziyoyevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) prezidenti Siniçi Kitaoku ilə görüşündə qeyd olundu ki, hazırda JICA-nın Özbəkistanda həyata keçirdiyi birgə layihələrin dəyəri 4 milyard dollardan çoxdur.

Görüşdə 3,5 milyard dollar həcmində uzunmüddətli Əməkdaşlıq Proqramı da razılaşdırılıdı. Bu proqram energetika, sənaye, kənd təsərrüfatı, ekologiya, səhiyyə, infrastruktur və digər sahələri əhatə edəcək.