• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu il yüksək nəticə göstərmiş qaliblər təltif olundu

Dekabrın 18-də Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə göstərmiş idmançılarının və məşqçi-müəllimlərinin təltif olunması mərasimi keçirildi.

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsilin və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açdı. Nazir müavini bildirdi ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olmuşdur. Firudin Qurbanovun sözlərinə görə, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişafının təmini üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə idman məktəblərinin fəaliyyətinin səmərəli təşkili Təhsil Nazirliyinin əsas vəzifələrindəndir.