• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kulinariya festivalı

Avstriyanın Zaltsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirildi. Gün ərzində festivala dünyanın bir çox ölkələrindən gələn diaspora nümayəndələri öz milli mətbəxlərinin nümunələrini tədbir iştirakçılarına təqdim etdilər.

Ölkəmizi bu tədbirdə Avstriya Azərbaycanlılar Cəmiyyəti təbliğ etdi. Cəmiyyət festivala Azərbaycan mətbəxinin müxtəlif təamları, ilk növbədə isə şah plovla qatıldı.

Cəmiyyətin rəhbəri Fərid Əzizov bildirdi ki, rəhbərlik etdiyi təşkilat bu tədbirə ciddi hazırlaşmışdır və təqdim olunan nemətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.