• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Andorra Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan Respublikasının İspaniya Krallığında, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov Andorraya səfəri çərçivəsində həmin ölkənin Xarici İşlər naziri Maria Ubaç Font və Turizm naziri Veronika Kanals ilə görüşlər keçirmişdir.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilərək, bu baxımdan siyasi məsləhətləşmələrin baş tutmasının vacibliyi vurğulandı.