• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mədəniyyət nazirlərinin XI konfransı

Dekabrın 17-də Tunisin paytaxtında ölkə Prezidenti Qeys Səidin himayəsi ilə İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin XI konfransı işə başladı.

“İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfransda İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak edir.