• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yeni dəmir yolu layihəsi

Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə ediləcək.

Bu barədə dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat vermişdir. O bildirdi ki, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq. Görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qırğızıstanın dəmir yollarının nümayəndələri iştirak edəcəklər. Çindən gələn yüklər bu yeni marşrut xətti ilə daşına bilər.