• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi"

Misir Xarici İşlər Nazirliyinin Misir Şurasında Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Emil Rəhimovun “Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” kitabının təqdimatı keçirildi

Təqdimat mərasimində səfirlər, ictimai-siyasi xadimlər, iqtisadçılar, media nümayəndələri, misirli və azərbaycanlı tələbələr iştirak etdilər.

Misir Şurasının sədri, səfir İzzət Səd tədbiri açaraq müasir Azərbaycan diplomatiyasının tarixinin zəngin olduğunu, çox çətin sınaqlardan keçdiyini, müstəqillik dövründə çoxlu nailiyyətlər əldə etdiyini vurğuladı.

Müasir Azərbaycan diplomatiyasının tarixinə həsr olunan kitabın əhəmiyyətindən danışan səfir nəşrin ərəb dilində olmasının Azərbaycan həqiqətlərinin ərəb-müsəlman ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən böyük önəm daşıdığını diqqətə çatdırdı.