• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misir turizmi inkşaf edir

Misirin Mərkəzi bankı 2020-ci ilin sonlarına qədər ölkənin turistik sektoruna dəstək üçün 50 milyard Misir funtu (3 milyard dollardan çox) ayırmağı planlaşdırır.

Bu məbləğ öncəki yatırımdan on dəfə çoxdur. Sərmayələr otellərin modernizə edilməsi və inkişafına, həmçinin uzunmüddətli böhrandan zərər çəkən turizm biznesi nümayəndələrinə dəstək üçün sərf olunacaq.

Turizm bu ölkənin xəzinəsinə əsas valyuta gətirən mənbələrdən biridir. Misir Turizm Nazirliyinin məlumatına görə, 2011-ci ildə hakimiyyət dəyişikliyinə və 2015-ci il oktyabr ayının sonlarında Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğrayana qədər turizm sahəsi ümumdaxili məhsulun 11,3 faizini təşkil edir və xəzinənin 14 faizini valyuta ilə təmin edirdi.

Son illər ölkədə turizm sahəsi qismən bərpa olunmuşdur. 2018-ci ildə Misiri 11 milyondan çox xarici ölkə vətəndaşı ziyarət etmişdir. Cari maliyyə ilinin nəticələrinə əsasən, sahənin gəlirləri böhrandan öncəki göstəricini üstələyə bilər.

Misiri ziyarət edən turistlərin sayına görə ilk yerləri Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa tutur.