• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Azəri-Çıraq-Günəşli – 25”

BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindəki tərəfdaşları dekabrın 16-da Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirdilər. Kitab 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə dərc edilmişdir.

Kitabın təqdimat mərasimində çıxış edən “BP Azerbaijan” şirktətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azəri-Çıraq-Günəşli” layihəsinin əhəmiyyətindən və onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan söz açdı. Qeyd etdi ki, 25 il əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan müqavilə sonradan “Əsrin müqaviləsi” adını almışdır. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulmuşdur.

O, kitabın Azərbaycan icitimaiyyəti üçün əhəmiyyətini xüsusi vurğuladı.

Kitab 500 nüsxədə dərc edilmişdir. Bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim olunacaq.