• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İstanbulda abidə ucaldılacaq

Istanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin xatirəsinə abidə ucaldılacaq.

Abidə şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşəcək.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsinin açılışı dekabrın18-də olacaq.