• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daha bir səfirlik yerini dəyişir

2020-ci ildə Braziliya özünün İsraildəki səfirliyini Yerusəlimə köçürəcək.

 Braziliya Prezidenti Jair Bolsonaronun oğlu Eduardo Bolsonaro bu məlumatı bazar günü İsrailin paytaxtında Braziliya ticarət nümayəndəliyinin açılışı zamanı elan etmişdir.

Eduardo Bolsonaro Braziliya parlamentinin beynəlxalq məsələlər və müdafiə komitəsinin sədridir. O bildirdi ki, atasının Braziliya səfirliyini Yerusəlimə köçürmək barədə seçkiqabağı öhdəliyi hələ qüvvədə qalır.

Bolsonaro, eyni zamanda, terrorizmlə mübarizədə öz ölkəsinin İsraili dəstəkləyəcəyinə də söz verdi.