• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qazaxıstan Müstəqillik Gününü qeyd edir

Dekabrın 16-da Qazaxıstanda milli bayram- Müstəqillik Günü qeyd olunur. 1991-ci il dekabrın 16-da Qazaxıstanın Ali Şurası “Dövlət müstəqilliyi haqqında” Qanunu qəbul etmişdir.

 28 il əvvəl müstəqillik qazanan Qazaxıstan hazırda dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır və bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

Müstəqillik Günü münasibətilə ölkənin hər yerində təntənəli mərasimlər keçirilir.