• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Parisdə Azərbaycan elmi diasporunun təməli qoyuldu

Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə elmi diasporamızın təməli qoyuldu.

 Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təsis yığıncağı keçirdilər. Gənclərimizin əsas məqsədi yaşadıqları ölkədə elmi diasporanın təməlini qoymaq olmuşdur.