• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda etirazlar davam edir

İranın İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi BMT-nin hesabatına etiraz etdi.

Mərkəz bununla bağlı xüsusi açıqlama yaymışdır. Açıqlamada deyilir ki, İranda insan hüquqlarının pozulması ilə əlaqədar BMT-nin hesabatı faktlara deyil, şaiyələrə əsasən hazırlanmışdır. İranda insanların kütləvi etirazlarına qadağa qoyulmamışdır. Noyabrın 15-da benzinin qiymətinin yüksəlməsinə etiraz edənlarin hüquqları tanınır. BMT-nin hesabatında deyildiyi kimi, Tehranda və digər şəhərlərdə etiraz edənlər yox, ictimai-siyasi sabitliyi pozanlar, dövlət və şəxsi mülkləri yandırıb dağıdanlar həbs edilmişlər.

BMT-nin hesabatında isə iğtişaşlar zamanı ölənlərin sayı həddən artıq şişirdilmişdir.

Mərkəzin açıqlamasında bildirilir ki, əgər BMT insan hüquqlarının müdafiəçisi qismində çıxış edirsə, onda ABŞ-ın İrana qarşı tətbiq etdiyi qanunsuz sanksiyalara da qarşı çıxmalıdır. Bu sanksiyalar nəticəsində milyonlarla insanın hüquqları pozulur.