• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın təşəbbüsləri BMT-də yüksək qiymətləndirildi

BMT Baş Assambleyası dekabrın 12-də qurumun Nyu-Yorkdakı iqamətgahında keçirilmiş plenar iclasında “Dünyanın rifahı naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” qətnaməsini yekdilliklə qəbul etdi.

Pakistan və Filippinin 59 həmmüəllif adından təqdim etdiyi qətnamədə Azərbaycanın UNESKO, İSESKO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində hər iki ildən bir təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ayrıca paraqraf həsr edilmişdir. Baş Assambleya qətnamədə “mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi” Ümumdünya Forumunun mühüm rolunu vurğuladı.