• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda xeyriyyə konserti keçirildi

Bakıda Türkiyənin məşhur rok ifaçısı Halük Leventin xeyriyyə konserti keçirildi.

İki saatdan artıq çəkən konsertində müğənni ifaları, perfomansı ilə heyranlarına, xeyriyyəçilərə və Suraya dəstək məqsədilə gələn hər kəsə unudulmaz bir axşam bəxş etdi.

 Halük Levent şəxsi “Tvitter” hesabında bildirmişdir ki, təsisçisi olduğu “Ahbap” xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirova müraciət etmişdir.

Bakı türkiyəli ifaçının təşəbbüsünə səssiz qalmadı. “iTicket.az” və “Nargis” Fondunun təşkilatı, “A+A events”, “Hilton Baku Hotel”, “Elektra Events Hall” un dəstəyi ilə “Elektra Events Hall”da Halük Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. 

Bilet satışından əldə olunan gəlir 41400 AZN təşkil etmişdir.