• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistan seçkiyə hazırlaşır

Dekabrın 22-də Özbəkistan parlamenti Ali Məclisinə keçiriləcək seçkilərə müxtəlif səbəblərdən qatıla bilməyənlər vaxtından əvvəl - dekabrın 12-dən 18-dək səs verəcəklər.

Vaxtından əvvəl səsvermə üçün 936 min bülleten hazırlanmışdır. Əvvəlcədən səs vermək istəyənlər ərizə ilə məntəqə seçki komissiyalarına müraciət edə bilərlər.

Xatırladırıq ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edəcək. Bunlar “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.