• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

GUAM - a üzv olan ölkələrlə görüş keçirildi

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə Demokratiya və İnkişaf uğrunda Təşkilatda - GUAM-da Ukraynanın sədrliyinin başa çatması ilə əlaqədar Gürcüstanın Baş Naziri Georgi Qaxariya, Moldova Respublikasının Baş Naziri İon Kiku və Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə görüşdü.

 Prezident Vladimir Zelenski Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın GUAM çərçivəsində əməkdaşlığının fəallaşmasını və hər il hökumət başçıları səviyyəsində iclas keçirilməsini alqışladı.