• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanla Həştərxan arasında saziş imzalanacaq

Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə Həştərxanın qubernatoru İqor Babuşkin məlumat vermişdir.

“Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Biz Bakıda bir neçə sənəd, o cümlədən iqtisadi əməkdaşlığa dair saziş imzalamalıyıq. Güman edirik ki, Həştərxana yeni ideya və layihələrlə qayıdacağıq”, - deyə İ.Babuşkin qeyd etdi.